Kadr Uçotu

Kadr Uçotu

Work
  • Kadr Uçotu

Şirkətlərin uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri də kadr uçotunun qurulmasıdır. Təşkilati-hüquqi formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin işində istifadə olunmur, eyni zamanda əmək haqqının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Budur ki, hər bir işə götürülən əməkdaşın mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması və rəsmiləşdirilməsi zamanı aşağıdakı yüksək keyfiyyətlə icra edəcəyimiz xidmətlərimizi Sizə təklif edirik:

-Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;

-Əməkdaşların şəxsi işlərinin yaradılması;

– Xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (Əmr və digər sənədlərin yazılması);

– İcbarı Sığorta əməliyyatların icrası;

– İşçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;

– əmək müqavilələrinin və əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;

–  ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;

– əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);

– işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;

– işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi;

– kadr sənədləri ilə iş üzrə məsləhətlər;

– Şirkətin bütün kargüzarlıq sənədlərinin hazırlanması;

– Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması:

– kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;

– müəssisə və təşkilatın işçi heyətinin əmək potensialının məqsəd və hədəflərə yönəldilməsi və s.

Xidmətlər

Vakansiyalar