Xidmətlər

  • Hüquq xidmətləri

Qanunvericiliyin daim müasirləşdirilməsi və təkmilləşdirilməsi şəraitində təsərrüfat fəaliyyətini onlara uyğun şəkildə həyata keçirmək kifayət qədər çətindir. Bu sahədə yol verilmiş bircə səhv şirkətə çox baha başa gələ bilər. İstənilən müəssisədə gündəlik problemlər mövduddur ki, mütəxəssis iş vaxtını onların həllinə sərf etməyə vaxt tapmır və ştatda hüquqşünasın saxlanılmasına bütün şirkətlərin resursları kifayət etmir.

ətraflı
  • Mühasibatlıq və Maliyyə xidmətləri

Mühasibat xidmətləri və maliyyə məsləhətləri dedikdə təsərrüfat fəaliyyətlərinin fasiləsiz olaraq sənədləşdirilməsi, onların təhlili, hesabatların tərtib edilməsi və daha sonra müvafiq orqanlara verilməsi prosesi nəzərdə tutulur. Hər bir müəssisə mühasibat, vergi və maliyyə uçotunu qanunun tələbinə uyğun formada aparmalıdır. Şirkətimizin konsaltinq sahəsində uğurlu iş təcrübəsindən yararlanaraq mühasibat və vergi risklərinin minimuma endirilməsinə nail olmaq mümkündür.

ətraflı
  • Kadr uçotu

Şirkətlərin uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri də kadr uçotunun qurulmasıdır. Təşkilati-hüquqi formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin işində istifadə olunmur, eyni zamanda əmək haqqının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Budur ki, hər bir işə götürülən əməkdaşın mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması və rəsmiləşdirilməsi zamanı aşağıdakı yüksək keyfiyyətlə icra edəcəyimiz xidmətlərimizi Sizə təklif edirik

ətraflı
  • Vergi uçotu

Biz mühasibat xidmətlərinin tam spektrini təqdim edirik. Təcrübəli mütəxəssislərimiz sayəsində siz vergi öhdəlikləri və vergi planlaşdırılması haqqında geniş məlumat ala bilərsiniz. Bizim göstərdiyimiz xidmət sayəsində siz öz vergi problemlərinizi daha asan və tez bir zamanda həll edəcəksiniz

ətraflı
  • Komplyans xidməti

ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixdə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixdən qüvvəyə minmişdir. Bu Akt – ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (Internal Revenue Service – IRS) açıqlanmasını tələb edir.

ətraflı

Vakansiyalar