Vergi uçotu

Vergi uçotu

TAx
  • Komplyans xidməti

– Compliance

FATCA və CRS

FATCA nədir?

FATCA (Foreign Account Tax Compliance Act) – xarici hesablar üzrə vergi əməl etməsi aktıdır.

ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixdə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixdən qüvvəyə minmişdir. Bu Akt – ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (Internal Revenue Service – IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

22.04.2014-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103s nömrəli sərəncamı ilə Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Hökumətlərarası Sazişin bağlanması məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin2015-ci il 04 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş iimzalanmışdır.

Azərbaycanda FATCA-nın tətbiqinə 1 iyul 2014-cü il tarixdən başlanılmışdır.

FATCA ilə bağlı ətraflı məlumatı IRS-in rəsmi səhifəsindən (https://www.irs.gov/businesses/corporations/foreign-account-tax-compliance-act-fatca) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin web-səhifəsindən (http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=92) əldə edə bilərsiniz.

CRS nədir?

CRS(Common Reporting Standard) – ÜmumiHesabatlılıqStandartıdır.

Vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

(Organization for Economic Co-operation & Development – OECD) tərəfindən hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub.

Azərbaycanda CRS-in tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanılmışdır. (http://www.taxes.gov.az/vn/metbuat/chixish/2017/ZFatizade.pdf )

(http://www.oecd.org/tax/automatic-exchange/common-reporting-standard/)

CRS ilə bağlı ətraflı məlumatı OECD-in rəsmi səhifəsindən və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin web-səhifəsindən əldə edə bilərsiniz. Hər iki Hökumətlərarası Sazişlər əsasında məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

  • Keçirilmiş səyyar yaxud kameral vergi yoxlamaları zamanı maliyyə institutlarına lazımı dəstəyin göstərilməsi
  • FATCA və CRS üzrə maliyyə institutlarına təlimlərin keçirilməsi
    • Layihələr
    • Əlaqə

Xidmətlər

Vakansiyalar