Hüquq xidmətləri
Hüquq xidmətləri
Hüquq xidmətləri
Qanunvericiliyin daim müasirləşdirilməsi və təkmilləşdirilməsi şəraitində təsərrüfat fəaliyyətini onlara uyğun şəkildə həyata keçirmək kifayət qədər çətindir. Bu sahədə yol verilmiş bircə səhv şirkətə çox baha başa gələ bilər. İstənilən müəssisədə gündəlik problemlər mövduddur ki, mütəxəssis iş vaxtını onların həllinə sərf etməyə vaxt tapmır və ştatda hüquqşünasın saxlanılmasına bütün şirkətlərin resursları kifayət etmir.
Şirkətimiz sizə peşəkar hüquqi xidmətlər təklif edir:
Fərdi sahibkarın qeydiyyata alınması:
– fiziki şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı qeydiyyat prosedurunu operativ, peşəkarcasına və səmərəli qiymətlərlə həyata keçirəcəyik, ki, siz isə gündəlik məşğuliyyətdən azad olan vaxtınızı biznesinizin inkişafına ayıra biləsiniz.
Şirkətlərin qeydiyyatı:
– hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və dövlət qeydiyyatına alınması üzrə xidmətlər;
– hüquqi şəxslərin (xarici hüquqi şəxslərin), onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
Təsis sənədlərində dəyişikliklərin edilməsi:
– təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
– nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi;
– hüquqi şəxsin yenidən təşkili;
– hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması və s.
– Müəssisələrin ləğvi;
– hüquqi cəhətdən əhəmiyyətli sənədlərin tərtib edilməsi və yoxlanılması
– tərəflərin öhdəliklərini və hüquqlarını, eləcə də onun yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir edən digər amilləri təsbit edilməsi
– müştəri üçün problemli məqamları aşkar edəcək;
– müştəri üçün həddən artıq əlverişsiz şərtləri göstərəcək (“şərtlərin ağırlıq” dərəcəsini müəyyən edəcək);
– müqavilələrə müştərinin maraqlarına xidmət etməyə imkan yaradan dəyişikliklərin edilməsi üzrə tövsiyələr verəcək;
Digər hüquq münasibətləri üzrə təmsilçilik:
– Alqı satqı müqaviləsi, icarə müqaviləsi, etibarnamələrin və digər sənəd formalarının hazırlanması;
– bank müəssisəsində maraqların təmsil edilməsi;
Məhkəmədə təmsil edilməsi:
– məhkəmədə işin aparılması;
– qərarlara yenidən baxılması və onların ləğvi;
– iddia ərizəsinin tərtib edilməsində və verilməsində köməklik;
– sənədlərin yığılması və qaydaya salınması
– danışıqlar aparılması;
– sənədlər paketlərinin formalaşdırılmasında köməklik;
Əmək hüquq münasibətləri üzrə:
– əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
– əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
– əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
– kollektiv müqavilə və sazişin hazırlanması və zəruri məsləhət, rəylərin verilməsi;
– əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
– əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
– işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
– əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
– fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
– əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.
Miqrasiya xidmətləri;
– Sənədlərin hazırlanmasında köməklik göstərmək
– Miqrasiya ilə bağlı qarşınızda duran məsələlərin ən optimal şəkildə həll etmək.