Mühasibat və maliyyə xidmətləri
Mühasibat və Maliyyə xidmətləri
Mühasibatlıq və Maliyyə xidmətləri
Mühasibat xidmətləri və maliyyə məsləhətləri dedikdə təsərrüfat fəaliyyətlərinin fasiləsiz olaraq sənədləşdirilməsi, onların təhlili, hesabatların tərtib edilməsi və daha sonra müvafiq orqanlara verilməsi prosesi nəzərdə tutulur. Hər bir müəssisə mühasibat, vergi və maliyyə uçotunu qanunun tələbinə uyğun formada aparmalıdır. Şirkətimizin konsaltinq sahəsində uğurlu iş təcrübəsindən yararlanaraq mühasibat və vergi risklərinin minimuma endirilməsinə nail olmaq mümkündür.
Göstərilən mühasibat xidmətlərinə aşağıdakılar daxildir:
– ciddi hesabat blanklarının hazırlanması;
– mühasibat uçotunun aparılması;
– uçotun bərpası;
– hesabatların hazırlanması
– aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və digər idarələrə təqdim edilməsi
– – mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;
– maliyyə hesabatları;
– bank hesablarının açılması;
– bankda köçürülmələrin aparılması;
– vergilərə və DSMF – na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;
– vergilərin və istənilən səviyyəli büdcə yığımı;
– VHF (vergi hesab faktura) vaxtında hesablanması;
– VÖEN ( Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) açılması;
– vergidən gələn məktubların cavablandırılması;
– gömrük rəsmiləşdirilməsi;
– qaimə fakturalarının yazılması;
– kassa kitabının və kassa sənədlərinin hazırlanması;
– kassa və maliyyə intizamına riayət olunması;
– kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
– nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;
– məsləhət xidməti;əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;
– əmək haqqının hesablanması;
– amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);
– cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi;